"Qarabağ"ın danışıqlar apardığı futbolçular var" -Qurban Qurbanov
"Hazırda "Qarabağ"ın danışıqlar apardığı futbolçular var. Deyə bilərəm ki, danışıqlar gərgin gedir".
Sportfm.az xəbər verir ki, bu sözləri Qol.az saytına müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, qış transfer pəncərəsi zamanı oyunçu almaq istədiklərini və bu istiqamətdə səylə çalışdıqlarını deyib:
"İstəyirik ki, oyunçular alaq. Daha çox orta xətt və hücuma futbolçu axtarırıq. Müdafiə xətti üçün də axtarışdayıq. Ümumiyyətlə, hər mövqe diqqətimizdədir. Bəzən bizim bir mövqedə üç oyunçumuz olsa da, orada istəyimiz dördüncü futbolçu olanda da onunla maraqlanırıq. Yəni komanda istirahətə getsə də, biz fəaliyyətdəyik və iş dayanmır. Gedənlərin qarşısını almağa, gətirmək istədiklərimizi isə transfer etməyə çalışırıq".
Oxşar xəbərlər
"Qarabağ" bu transferi edərsə...
Qurbanovdan transfer açıqlaması - "Qış dönəmində transfer etmək asan deyil"
"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" - Mahir Emreli
"Neftçi" hücumçusunu zorla heyətdə saxlamaq istəyir! - Məhkəmə olacaq
Qurban Qurbanov etiraf etdi... Rəqib daha hazırlıqlı idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası