"Heç bir klubdan rəsmi transfer təklifi gəlməyib" -Mahir Emreli
"Qarabağ"ın futbolçusu Mahir Emreli Belçika klublarından transfer təklifi alması barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu açıqlamasında sözügedən ölkənin təmsilçiləri ilə danışıqlar apardıqlarını, lakin razılığa gələ bilmədiklərini deyib:
"Bu barədə yalan deyə bilmərəm. Çünki təklif olması ilə bağlı Belçika mətbuatında da, Azərbaycan mediasında da xəbərlər var idi. Belçika klubu ilə birbaşa mənim aramda əlaqə olmayıb. Amma menecerim arasında danışıqlar gedib. Lakin razılaşa bilməmişik.
Yəni, rəsmi səviyyəyə çatmasa da, danışıqlar olub. Amma ümumiyyətlə, heç bir klubdan hələ rəsmi transfer təklifi gəlməyib".
Qeyd edək ki, Mahir Emreli ilə Belçikanın əsas liqa təmsilçiləri ilə yanaşı, "Beşiktaş"ın da maraqlandığı haqda xəbərlər yayılmışdı. (Qol.az)
Oxşar xəbərlər
Mahir Emreli Rusiya klubuna keçir? - Müraciət edildi
“İbrahimoviçi özümə örnək götürmüşəm” – Mahir Emreli
Ağdam klubundan Almeyda ilə bağlı açıqlama
Mahir Mədətov Bundesliqaya gedir? - Özü açıqladı
“Qarabağ”dan "Beşiktaş" açıqlaması - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR














Misli Premyer Liqası