"Atam mənə boks öyrədirdi" - Şəhid polkovnikin qızı - FOTO
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür. O, ötən il ad günündən bir neçə gün sonra şəhid olub.
Sportfm.az xəbər verir ki, azVision.az-ın əməkdaşları doğum günü münasibətilə Milli Qəhrəmanın evinə baş çəkib.
Şəhid hərbçinin həyat yoldaşı Fizzə Mirzəyeva Murad Mirzəyevin doğum günü ilə bağlı xatirələrini bölüşüb. Fizzə xanımın sözlərinə görə, Murad ad günlərini heç vaxt təmtəraqla qeyd etməyib. "31 Mart Azərbaycanlıların Soyqırımı günüdür. Ona görə Murad heç vaxt 31 martda ad gününü qeyd etməzdi. Ümumiyyətlə, Murad təmtəraqlı doğum günü keçirmək həvəskarı deyildi. Biz ya bir gün tez, ya da bir gün gec qeyd edirdik. İndiki evimizə yeni köçmüşdük, mart ayı idi, qar yağmışdı. Bu evdə doğum gününü qeyd etmişdik. Həmin gün heç vaxt yadımızdan çıxmaz”.
Milli Qəhrəmanın həyat yoldaşı bildirib ki, Murad sonuncu dəfə ötən ilin mart ayının 28-də evdə olub: "Murad o gündən sonra evə gəlmədi. Ancaq mesajla əlaqə saxlayırdıq. Doğum gününü mesaj yazıb təbrik etdim. Bildirdim ki, biz səninlə fəxr edirik. O da bizimlə fəxr etdiyini qeyd etmişdi. Uşaqlar deyirdi ki, ata gəlsin, ad gününü bir yerdə keçirək. Məndə bildirdim ki, ata üçün sürpriz edərik. Muradın 40 yaşı tamam olurdu. Həmişə mənə deyərdi ki, nədənsə 40 yaşdan qorxuram, birdən sürpriz hazırlayarasan? Gəl, sakitcə bu yaşı ötürək getsin. Sanki qabaqcadan nə isə olacağını bilirmiş”.
Fizzə xanım Muradsız keçən 1 ilin onlar üçün çox çətin olduğunu deyib: "Hələ də gözümüz yoldadır. Muradla ən çox 3 ay uzaq qalmışdıq. Həmin vaxt kurslarda olurdu. Elə günlər olub ki, uşaqlar atalarını tələb ediblər. Ən çox qızımız Dəniz atasını tələb edib. Geridə qalan bir il ərzində Muradın Türkiyədə birgə təhsil aldığı hərbçi yoldaşları evimizə baş çəkiblər.
Həmçinin hərbçi yoldaşları daim bizimlə əlaqə saxlayırlar. Mart ayı başlayandan düşünürəm ki, ötən il bu vaxt son günlərimizi yaşamışıq. Murad mart ayında evə gec gəlirdi. Bir dəfə ötən il bayramda günortadan sonra evə gəldi. O günləri xatırlayanda pis oluram”.
Söhbətimizi daha sonra Milli Qəhrəmanın 2-ci sinifdə oxuyan oğlu Nurlan Mirzəyevlə davam etdirdik. Nurlan atası kimi hərbçi olmaq istəyir. "Ata həmişə dərslərimlə maraqlanırdı və mənə köməklik edirdi. Ən çox riyaziyyatdan kömək edirdi. Həmçinin ingilis dilində də dəstək olurdu. Atam deyirdi ki, ingilis dilini öyrənin, mənimlə bu dildə danışın. İşdən çıxıb evə gələndə çox xoşbəxt olurdum.
Çünki bizə vaxt ayırırdı, bizi öyrədirdi, idman dərsləri keçirdi. Güləş və boks öyrədirdi. Məni özü ilə iş yerinə aparırdı. Bir dəfə məni helikopterə mindirmişdi. Atamı tez-tez yuxuda görürəm. Bir dəfə yuxuda dedi ki, mən işə gedirəm, gələndə sizi gəzməyə aparacağam. Ata həmişə gedəndə deyirdi ki, mən gedirəm, bu evdə əvəzimə Nurlan qalır”.
Murad Mirzəyevin 1-ci sinifdə oxuyan qızı Dəniz Mirzəyevaya ilk dəfə saymağı və hesablamanı atası öyrədib: "Atam mənə ingilis dilində öyrədirdi. Boks əlcəkləri almışdı. Boks öyrədirdi. Vaxtı olanda bizi parka gəzməyə aparırdı. Mən atamı çox istəyirəm”.
Milli Qəhrəmanın həyat yoldaşı söhbətə qoşularaq deyib ki, Murad onları tez-tez istirahətə aparmağı çox xoşlayardı: "Murad ən çox Xınalıq kəndini xoşlayırdı. Bir dəfə ailəvi ora getmişik. Mənə deyirdi ki, bir dəfə Heydər Əliyev və Çingiz Mustafayev zirvəsinə birgə çıxacağıq. Adrenalin həvəskarı idi. Onun canında qorxu yox idi. Ötən il demişdi ki, yayda sizi Göygölə aparacam, amma qismət olmadı”.
Fizzə xanım tez-tez Muradı yuxuda gördüyünü deyib: "Hərdən elə hadisələr baş verir ki, düşünürəm Murad yanımdadır. Sadəcə görünmür. Hərdən elə hadisə olur ki, deyirəm axşam Murad gəlsin, bu ona deyəcəyəm. Ümumiyyətlə, hər gün söhbətimizdə Muradı xatırlayırıq”.
Sonda Murad Mirzəyevin həyatı yoldaşı Milli Qəhrəmanın adına doğulduğu Sabirabad rayonunda küçə verilməsini xahiş edib.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Lunyov Bakıda hər ay nə qədər pul xərcləyir? 29.03.2024, 09:47
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |