"Argentina qalib gələcək" -"Kəpəz"in futbolçuları
Bu gün Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa milliləri üz-üzə gələcək.
Sportfm.az xəbər verir ki, "Kəpəz"in futbolçuları həlledici görüşlə bağlı fikirlərini bildiriblər. Onlar hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.
Tural Axundov: “Favoritim Argentinadır. Bu yığma daha yaxşı oyun sərgiləyir. Xüsusən də Lionel Messinin adını çəkə bilərəm. Elə Messiyə görə Argentina deyirəm”.
Mixeili Erqemlidze: “Şübhəsiz ki, Argentina qalib gələcək. Çünki orada Messi oynayır. O, dünyanın ən yaxşı futbolçusudur”.
Yeqor Xvalko: “Fransanın qələbə qazanmasını istəyirəm. Onların oyunu mənim çox xoşuma gəlir”.
Tural Rzayev: “Argentinaya azarkeşlik edəcəm. Başqa cür də ola bilməz. Bu komandada Messi oynayır. Futbolun ona dünya kuboku borcu var. Mən belə düşünürəm”.
Mate Kvirkviya: “Təbii ki, Argentinaya azarkeşlik edirəm. Mənim kumirim orada çıxış edir. Messini nəzərdə tuturam”.
Peyman Keşavarzi: “Mən Argentina deyirəm. Messinin azarkeşiyəm”.
Kamran İbrahimov: “Fransaya azarkeşlik edəcəm. Çünki Argentina yığması xoşuma gəlmir. Fransa komandasında Kilian Mbappe kimi ulduz futbolçu çıxış edir. Kərim Benzemanın yoxluğunda hücum xətinin lideri məhz Mbappedir. Antuan Qrizmanı da unutmayaq. Onlar millini titula daşımalıdırlar”.
Abdullahi Şuaybu: “Argentinaya üstünlük verirəm. Messiyə görə bu komandanın qalib gələcəyini düşünürəm”.
Oxşar xəbərlər
Messinin qaldığı otaq muzey olacaq
İlin ən yaxşı oyunçusu adına namizədlər - SİYAHI
Messi millidəki gələcəyi ilə bağlı danışdı - "Milli komandanı tərk etmək fikrində deyiləm"
Messi ən güclü komandanın adını açıqladı
Messi Argentina millisindən getdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası