
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Messi Argentina millisindən getdi!
Argentina millisinin futbolçusu Lionel Messi yığma karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı hücumçunun özü Amerika Kubokunun finalında Çili yığmasına məğlubiyyətdən sonra açıqlayıb.
Belə ki, ABŞ-da keçirilən yarışda Argentina rəqibinə penaltilər seriyasında 2:4 hesabı ilə uduzub. Lukas Bigliya ilə yanaşı, Messi də qapını dəqiq nişan ala bilməyib.
"Barselona”nın ulduzu görüşdən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: "Bu, öz qərarımdı. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etdim. Amma lazım olanı bacarmadım. Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm”.
Qeyd edək ki, Argentina yığmasında 80 oyun keçirən Messi 55 qola imza atıb.
Oxşar xəbərlər
Maradona: "Messi lider olmaq istəmir"
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
Argentina millisində daha 2 ulduz "söndü"
Amerika Kuboku: Argentina məğlub oldu
Messi üsyan etdi: "Bizim federasiya fəlakətdi!"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir - HADİSƏ
-
"Zirə"nin sabiq futbolçusunun tələbi təmin edildi
-
Karateçilərimiz Moldovada 6 medal qazandı
-
Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
-
“Qəbələ”nin yay hazırlıq planı bilindi
-
Fransa - Azərbaycan matçının stadionu məlum oldu - DÇ-2026