reklam
De Byazidən açıqlama -
Sportfm.az xəbər saytı

De Byazidən açıqlama -"Polşa millisindən bir addım uzaq idim"


Millimizin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportfm.az xəbər verir ki, o, əvvəllər Polşa Futbol Federasiyasının sabiq prezidenti Zbiqnev Boneklə bir neçə dəfə danışıq apardığını deyib:

"Polşa millisindən bir addım uzaqda idim. Zbiqnev Bonieklə bir neçə dəfə Polşa komandası ilə bağlı danışmışam. Həmişə birbaşa əlaqə saxlamışıq. Heç vaxt vasitəçilər  olmayıb. Bu danışıqların tarixlərini xatırlamıram. Çünki o vaxtdan bəri başıma çox şey gəlib. Mən başqa federasiyalar və ya klublarla danışmışam. Lakin bu əlaqələr dediyim kimi bir neçə dəfə olub”.

Qeyd edək ki, De Byazi Polşa millisində baş məşqçi vəzifəsinə namizədlərdən  biri hesab olunur.

Oxşar xəbərlər

Santuş Polşa millisində - RƏSMİ
De Byazi Polşa millisini çalışdıracaq
“Polşada işləmək çox gözəl təcrübə olardı” - De Byazi
"Mənə yalnız jurnalistlər zəng edib" - Canni De Byazi
De Byazi Polşa yığmasının hədəfində - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər