reklam
Sportfm.az xəbər saytı

"Mənə yalnız jurnalistlər zəng edib" -Canni De Byazi


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə növbəti dəfə reaksiya verib.

Sportfm.az xəbər verir ki, 65 yaşlı mütəxəssis "Sport.se" nəşrinə açıqlamasında onunla heç kimin əlaqə saxlamadığını bildirib.

De Byazi Polşa seçməsinin baş məşqçisi təyin edilən Paulu Souzanı bəyəndiyini diqqətə çatdırıb: "Souza bir neçə il əvvəl "Fiorentina"ya rəhbərlik edirdi. Onun haqqında başqa nələr deyəcəyimi bilmirəm. Yeji Brjeçekin istefasından sonra Polşa Futbol Assosiasiyasından heç kim mənimlə əlaqə saxlamayıb. Polşadan mənə yalnız jurnalistlər zəng edirdi. Başqa heç kimlə bu barədə danışıq aparılmayıb".

Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq. İtaliyalı mütəxəssis daha əvvəl də Polşa millisindən təklif aldığına dair xəbərləri təkzib edib.

Oxşar xəbərlər

De Byazidən açıqlama - "Polşa millisindən bir addım uzaq idim"
De Byazi Polşa millisini çalışdıracaq
De Byazinin millidəki taleyinə İcraiyyə Komitəsi qərar verəcək - AFFA
“Polşada işləmək çox gözəl təcrübə olardı” - De Byazi
De Byazi Polşa yığmasının hədəfində - AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər