reklam
De Byazi Polşa yığmasının hədəfində -
Sportfm.az xəbər saytı

De Byazi Polşa yığmasının hədəfində -AÇIQLAMA


Futbol üzrə Azərbaycan milli komandasının baş məqçisi Canni De Byazi Polşa yığmasından təklif aldığına dair xəbərlərə reaksiya verib.

Sportfm.az xəbər verir ki, bu barədə polşalı jurnalist Matyuş Şveçiçki tvitter hesabında yazıb.

O, 65 yaşlı mütəxəssislə əlaqə saxladığını bildirib: "De Byazi bildirdi ki, Polşa yığmasına rəhbərlik etməsinə dair danışıqları 2018-ci il dünya çempionatından sonra aparıb. Amma hazırkı iş yeri Azərbaycandadır və Polşa Futbol İttifaqından heç kim onunla əlaqə yaratmayıb".

Xatırladaq ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi 2022-nin yayında başa çatacaq.

Oxşar xəbərlər

De Byazi Azərbaycan millisindən göndərildi
De Byazidən açıqlama - "Polşa millisindən bir addım uzaq idim"
De Byazi Polşa millisini çalışdıracaq
“Polşada işləmək çox gözəl təcrübə olardı” - De Byazi
"Mənə yalnız jurnalistlər zəng edib" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər