Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"974" stadionu sökülür -7 oyuna ev sahibliyi etdi
Qətərdə xüsusi olaraq DÇ-2022 üçün inşa edilən "974" adlı stadion fəaliyyətini dayandırıb.
Sportfm.az xəbər verir ki, bu arenada son olaraq 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya görüşü keçirilib. Bundan sonra, əvvəlcədən də nəzərdə tutulduğu kimi, idman qurğusunun Qətərdəki fəaliyyətinə son verilib.
Qeyd edək ki, modul tipli arenanın "974" adlandırılması onun eyni sayda konteynerden inşa edilməsi ilə əlaqədardır. O, dünya tarixinə ilk sökülüb-tikilən arena olaraq düşə bilib. Arena mundialda 7 oyuna ev sahibliyi edib.
Qeyd edək ki, "974"in konteynerləri tam söküldükdən sonra Tunis Respublikasına hədiyyə ediləcək.
Oxşar xəbərlər
“Sevilya”nın stadionu sökülür
"Everton" yeni stadion inşa etdirəcək - 52 minlik
Tarixi stadion sökülür
53 illik stadion yenidən qurulur - VİDEO
Yeni stadion may-iyun aylarında istifadəyə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası