1000-ci oyununa çıxdı, Maradonanı geridə qoydu
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi peşəkar karyerasında 1000-ci oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, 35 yaşlı futbolçunun yubileyi Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Avstraliya ilə oyuna təsadüf edib.
Messi 1000-ci oyununu qol vurmaqla qeyd edib. Onun hesabı açdığı bu oyunda Argentina yığması da 2:1 qalib gəlib və 1/4 finala yüksəlib.
Xatırladaq ki, təcrübəli oyunçu İspaniya “Barselona”sında 778, hazırkı klubu Fransa PSJ-sində 53, yığmada isə 169 dəfə meydanda olub. O, bu görüşlərdə bütövlükdə 788 qola imza atıb, 338 məhsuldar ötürmə müəllifi olub.
Messi Argentina yığmasının heyətində dünya çempionatında vurduğu qol sayını da 9-a çatdırıb. Bununla da o, əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.
Oxşar xəbərlər
Messi Maradonaya çatdı - DÇ-2022
Messi şəxsi rekordunu yenilədi - DÇ-2022
Messi Peleni də arxada qoydu - DÇ-2022
Messi rekorda doymur - Ronaldonu da geridə qoydu
Messi primerada 6000-ci qolu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası