reklam
Messi şəxsi rekordunu yenilədi -
Sportfm.az xəbər saytı

Messi şəxsi rekordunu yenilədi -DÇ-2022


Lionel Messi bir təqvim ilində Argentina millisində şəxsi qol rekordunu yeniləyib.

Sportfm.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında nail olub.

Hazırkı mundialda 5 dəfə fərqlənən forvard 2022-ci ildə yığmadakı qolların sayını 16-ya çatdırıb.

Daha əvvəl Messinin Argentina seçməsindəki ən məhsuldar dönəmi 2012-ci ilə təsadüf edib. Təcrübəli oyunçu həmin vaxt 12 qola imza atmışdı.

Qeyd edək ki, DÇ-2022-nin yarımfinalında Xorvatiyanı 3:0 hesabı ilə üstələyən Cənubi Amerika təmsilçisi finala yüksəlib. Komanda həlledici görüşdə Fransa - Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Messi yeni rekorda imza atdı
Messi kubok sayında dünya rekordunu təkrarladı
1000-ci oyununa çıxdı, Maradonanı geridə qoydu
Mbappedən daha bir uğur
Messi Pelenin rekordunu qırdı - Yığmada qolların sayına görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər