reklam
İdman naziri teqbol yığmasının üzvləri ilə görüşdü -
Sportfm.az xəbər saytı

İdman naziri teqbol yığmasının üzvləri ilə görüşdü -FOTO


Bugün Şəkidə "İdman festivalı 2022"nin açılış mərasimi keçirilib.

Sportfm.az-ın Şəkiyə ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə iştirak edən gənclər və idman naziri Fərid Qayıbov festivalda öz yerini alan Azərbaycan Teqbol Federasiyasının prezidenti Vüqar Xəlilov və milli üzvləri ilə görüşüb. Teqbolun gələcəkdə ölkəmizdə populyar idman növlərindən birinə çevriləcəyinə inandığını söyləyən Qayıbov, bu istiqamətdə yerli federasiyaya uğurlar arzulayıb. Sonra Fərid Qayıbov teqbol yığmasının üzvləri və federasiya prezidenti Vüqar Xəlilovla xatirə şəkli çəkdirib. 

Qeyd edək ki, noyabrın 14-də Şəki Olimpiya İdman Kompleksində start götürən festivalda 23 idman növü üzrə 149 idmançı, 35 məşqçi iştirak edir. Noyabrın 14-ü, 15-i və 16-da idmançılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, həmçinin ustad dərsləri təşkil olunub. İlk dəfə Şəkidə təşkil olunan tədbir noyabrın 19-da başa çatacaq. Foto: Sportfm.az 

Oxşar xəbərlər

Bakıda buz meydançası istifadəyə verildi
Şəkidə idman festivalı keçirilir - FOTOLAR
İdman naziri teqbol rəsmilərini qəbul etdi - FOTOLAR
Fərid Qayıbov Fiziyevlə görüşdü - FOTO
Fərid Qayıbov İBA prezidentini qəbul etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər