Danimarka millisinə qadağa
FİFA Danimarka milli komandasına üzərində "insaq haqları hamı üçündür" sözləri yazılan formanı geyinməyə icazə verməyib.
Sportfm.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının (DFF) nümayəndəsi bildirib. Onun sözlərinə görə, FİFA qərarını onunla əsaslandırıb ki, futbolda siyasi yazılar və şüarlar qadağan olunur. Dünyanın ali futbol qurumu DFF-nin bununla əlaqədar müraciətinə rədd cavab verib.
Məlumata görə, bir il əvvəl sponsorlardan biri formada insan haqları ilə bağlı sözü yazmaq üçün boş yer saxlamağı sifariş edib.
Qeyd edək ki, Danimarka Qətərdə insan haqlarının pozulması məsələsi fəal şəkildə gündəmə gətirir. Nəzərdə tutulan formanı da komanda Qətərin ev sahibliyi edəcəyi DÇ-2022-də geyinməyi nəzərdə tutmuşdu.
Qeyd edək ki, Danimarka millisi mundialda Fransa, Tunis və Avstraliya komandaları ilə eyni qrupda yarışacaq.
Oxşar xəbərlər
Argentina Polşaya qarşı - DÇ-2022
Fransa Danimarkaya, Argentina Meksikaya qarşı - DÇ-2022
Danimarka yarımfinalda - AVRO-2020
AVRO-2020: Danimarka və Çexiya yığmaları Bakıya hələ gəlməyib
Futbolçuların əvəzinə futzalçılar meydana çıxacaq - Xaos davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası