reklam
Dünya çempionatında altıncı əvəzetmə -
Sportfm.az xəbər saytı

Dünya çempionatında altıncı əvəzetmə -Yenilik


Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında altıncı əvəzetməyə şərait yaradılacaq.

Sportfm.az xəbər verir ki, beyin silkələnməsinə məruz qalan oyunçunun əvəzlənməsinə görə limitin keçilməsi üçün “yaşıl işıq” yandırılacaq.

Yeniliklə bağlı danışan FİFA-nın tibbi direktoru, amerikalı alim Endryu Massey bu haqda belə deyib:

“Beyin sarsıntısı protokolu komanda həkimləri üçün yeni təlimatdır. O, hansısa digər zədə ilə eyni deyil. Belə xəsarətin özünü göstərməsi bəzən 72 saat çəkə bilər. Komanda həkimlərinə düzgün qərarlar verməyə kömək etməliyik. Real və ya şübhəli sarsıntı halında, DÇ-2022-də indiyə qədər icazə verilən beş dəyişikliyə əlavə olaraq, daha bir əvəzetməyə imkan yaradılacaq”.

Qətərin ev sahibliyi edəcəyi mundial noyabrın 20-də start götürəcək.

Oxşar xəbərlər

Futbolda yeni qaydalar - İFAB qəbul etdi
Premyer Liqada yenilik - Əlavə əvəzetmə
Klublararası dünya çempionatında yeni qayda - Əlavə əvəzetmə
Futbolda əlavə əvəzetməyə icazə veriləcək - İclasda təsdiqlənəcək
5 oyunçu dəyişikliyi təsdiqlənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər