Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqada yenilik -Əlavə əvəzetmə
İngiltərə Premyer Liqasının 23-cü turundan etibarən futbolçuların birinin beyin silkələnməsindən şübhə yaranacağı təqdirdə, əlavə əvəzetməyə icazə veriləcək.
Sportfm.az xəbər verir ki, yenilik Premyer Liqanın səhmdarlarının iclasında təsdiqlənib.
Son qərarı Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) İdarə Heyəti verəcək. Klub həkimləri oyunçuya beyin silkələnməsi şübhəsi ilə diaqnoz qoyacaqları təqdirdə əvəzetmə imkanı bitən komanda oyunçunu dəyişdirə biləcək. Əvəzetmə gerçəkləşsə, rəqib komandaya da eyni imtiyaz veriləcək.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 23-cü tur fevralın 6-da başlayacaq.
Oxşar xəbərlər
Dünya çempionatında altıncı əvəzetmə - Yenilik
Premyer Liqada əvəzetmələrin sayı artırıldı - 5 futbolçu
Futbolda yeni qaydalar - İFAB qəbul etdi
Futbolda əlavə əvəzetməyə icazə veriləcək - İclasda təsdiqlənəcək
Ölkə kubokunda 6 əvəzetmə olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası