5 oyunçu dəyişikliyi təsdiqlənir
Koronavirus pandemiyasına görə FİFA bir sıra addımlar atmalı olacaq.
Sportfm.az xəbər verir ki, dünyanın ali futbol qurumu 2019/20 mövsümü bərpa olunacağı halda 5 əvəzetməyə icazə verəcək. Mənbə bildirir ki, FİFA klub üzləri, məşqçi və futbolçuların sağlamlığının müdafiəsi haqda ciddi düşünür. Bununla əlaqədar tibbi tövsiyələr hazırlanır və yaxın vaxtlarda açıqlanacaq.
FİFA-nın baş ofisindən 5 əvəzetməyə icazə veriləcəyi barədə xəbərləri təsdiqləyiblər. Amma əlavə vaxt itkisindən qaçmaq üçün əvəzetmələrin 3-nə oyun, 2-nə isə fasilə vaxtı icazə veriləcək.
İngiltərə Futbol Asssosiasiyası FİFA-nı edəcəyi mümkün yenilikdən razı qalıb. Onlar düşünür ki, veriləcək qərar futbolçuların zədələnmə riskini azalda və matçların daha qısa müddətdə keçməsinə yardım edə bilər.
Oxşar xəbərlər
Ukraynalı futbolçular üçün "xüsusi transfer pəncərəsi" - QƏRAR
Əvəzetmələrin sayı artırılsın - FIFA təklif etdi
FİFA-dan tarixi qərar - Virusa görə müddət uzadıldı
Klublarımız avrokuboklarda 4 əvəzetmə edəcək - Rəsmi
Dördüncü əvəzetməyə icazə veriləcəkmi? - UEFA qərar verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası