reklam
Azərbaycanlı dünya çempionu oldu
Sportfm.az xəbər saytı

Azərbaycanlı dünya çempionu oldu


İtaliyanın Sardiniya adasında təşkil olunmuş şahmat üzrə gənclər arasında dünya çempionatı sona çatıb.

Sportfm.az xəbər verir ki, qızların yarışında Azərbaycan şahmatçısı Gövhər Beydullayeva sonuncu – 11-ci turda Qazaxıstan təmsilçisi Liya Kurmangaliyeva ilə görüşüb. Oyun qazaxıstanlı şahmatçının qələbəsi ilə yekunlaşıb.

Bu tur ərəfəsində 8.5 xalla çempionluğu təmin etmiş Gövhər Beydullayeva üçün matç formal xarakter daşıyıb. Onun əsas izləyicisi, digər qazaxıstanlı şahmatçı Assel Serikbey ukraynalı Yelizaveta Hrebenşikovaya qalib gəlib xallarının sayını 8.5-ə çatdırsa da, ikilinin öz aralarındakı oyuna görə, sıralama dəyişməyib.

Qadınların yarışındakı digər Azərbaycan təmsilçisi Ləman Hacıyeva isə son turda Sloveniyalı Ur Zalaya uduzub və çempionatı 7 xalla 10-cu sırada başa vurub.

Kişilərin yarışında isə son turda Azərbaycanın iki təmsilçisi – Abdulla Qədimbəyli ilə Məhəmməd Muradlı qarşılaşıblar. Tərəflər sülhə razılaşıblar. Bu nəticədən sonra Qədimbəylinin xalı 8-ə, Muradlınınkı isə 7.5-ə çatıb.

Bu tura qədər 8 xalla lider olan macarıstanlı Adam Kozak hindistanlı Luk Laon Mendonkaya məğlub olduğu üçün əlavə əmsallara görə Abdulla Qədimbəyli dünya çempionu olub.

Oxşar xəbərlər

Karlsen dünya çempionu oldu - Növbəti uğur
Dünya çempionatı başa çatır - Şahmat üzrə
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb -
Gövhər Beydullayeva və Abdulla Qədimbəyli Vətənə döndü - FOTO
Şahmatçımız vahid lider oldu - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər