reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın üzvləri hər kəsi futbolu sevməyə səslədi - VİDEO


AFFA və UNICEF- yeni layihəyə start verib.
Sportfm.az xəbər verir ki, əməkdaşlıq UNICEF-in qlobal uşaq zorakılığına qarşı kampaniyası çərçivəsində həyata keçirilir. 
Layihənin əsas şüarı olan "Bizə qoşul, futbolu sev, zorakılığa YOX de!” sosial şəbəkələrdə #FutboluSevZorakiligaYoxDe haştaqı ilə paylaşılır.
Kampaniya çərçivəsində adları aşağıda göstərilmiş futbolçuların iştirakı ilə sosial videoçarx çəkilib:
 
Elvira Əsgərzadə – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının qapıçısı
Maksim Medvedev – Azərbaycan milli komandasının müdafiəçisi 
Həqiqət Qasımova – 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının müdafiəçisi
Qara Qarayev – Azərbaycan milli komandasının yarımmüdafiəçisi
 
Qeyd edək ki, Bakının müxtəlif yerlərində mövzuya aid reklam lövhələri quraşdırılacaq və il ərzində uşaq futbolunda çalışan məşqçilərə futbol oyunları zamanı, məşq prosesində və digər situsiyalarda zorakılığı aradan qaldırmaq barədə kitabçalar paylanacaq.
 

Oxşar xəbərlər

"Sabah"ın akademiyasına təlim keçirildi - UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə birlikdə
Millimizin baş məşqçisi məlum oldu
"Neftçi"nin futbolçuları uşaq baxçasına yollandı
Maksim Medvedev: "Kamran Ağayev harda aş, orda başdı" - VİDEO
AFFA-da yeni layihə ilə bağlı görüş keçirilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər