Qrup mərhələsi başa çatdı -Millətlər Liqası
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Sportfm.az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.
A Liqasının 2-ci qrupunda Portuqaliya və İspaniya 1-ci yer, İsveçrə ilə Çexiya isə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb. Bu duellərdə Portuqaliya və İsveçrəni heç-heçə də qane edirdi. İspaniya və Çexiya isə mütləq qələbə qazanmalıydı. Maraqlıdır ki, yekunda məhz bu iki komanda qalib gəlməklə istəyinə nail olub.
B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Nominal meydan sahibləri A Liqasına və pley-offa adlamaq üçün rəqibini məğlub etməliydi. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Qrupun digər matçında İrlandiya yığması Ermənistanı məğlub yola salıb. Nəticədə qrup sonuncusu olan ermənilər C Liqasına düşüblər.
İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Bu oyunda albanlar minimal hesabla qalib gəliblər.
4-cü qrupda Norveç yığması evdə Serbiya ilə qarşılaşıb. Hər iki kollektiv 10 xala malik olsa da, Skandinaviya təmsilçisi şəxsi oyunlarda üstünlüyü malik olduğundan ilk pillədə qərarlaşmışdı. Odur ki, serbiyalılara səfərdə mütləq qələbə lazım idi. Yekunda sevinən tərəf məhz Serbiya yığması olub. Qrupun digər matçında Sloveniya səfərdə İsveçlə qarşılşıb. B Liqasında qalmaq üçün qonaqlara heç-heçə də kifayət edirdi. Sonda məhz bu nəticə qeydə alınıb və İsveç yığması da B Liqası ilə vidalaşıb.
Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni ötən tur təmin edən Yunanıstan seçməsi Şimali İrlandiyanı, Kosovo isə Kipri sınağa çəkib. Burada əsas mübarizə 3 komanda arasında C Liqasında qalmaq uğrunda gedirdi. Hər iki oyunda meydan sahibləri qalib gəlib. Yekunda Şimali İrlandiya yığması D Liqasına düşüb.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
27 sentyabr
A Liqası, 2-ci qrup
Portuqaliya – İspaniya 0:1
Qol: Morata, 88.
İsveçrə – Çexiya 2:1
Qol: Freuler, 29. Embolo, 30 – Şik, 45.
Xal: İspaniya – 11. Portuqaliya – 10. İsveçrə – 9. Çexiya – 4.
B Liqası, 1-ci qrup
Ukrayna – Şotlandiya 0:0
İrlandiya – Ermənistan 3:2
Qol: Eqan, 18. Obafemi, 52. Breydi, 90+1-pen – Daşyan, 71. Spertsyan, 73.
Xal: Şotlandiya – 13. Ukrayna – 11. İrlandiya – 7. Ermənistan – 3.
B Liqası, 2-ci qrup
Albaniya – İslandiya 1:0
Qol: Lenyani, 35.
Xal: İsrail – 8. Albaniya – 4. İslandiya – 3. Rusiya – 0.
B Liqası, 4-cü qrup
İsveç – Sloveniya 1:1
Qol: Forsberq, 42 – Sesko, 28.
Norveç – Serbiya 0:2
Qol: Vlahoviç, 42. Mitroviç, 54.
Xal: Serbiya – 13. Norveç – 10. Sloveniya – 6. İsveç – 4.
C Liqası, 2-ci qrup
Yunanıstan - Şimali İrlandiya 3:1
Qol: Pelkas, 14. Masuras, 55. Mantalos, 80 – Laveri, 18.
Kosovo – Kipr 5:1
Qol: Musliya, 22. Rudani, 45+1. Raşani, 47. Muriqi, 52; 84 – Roberqe, 81.
Xal: Yunanıstan – 15. Kosovo – 9. Kipr – 5. Şimali İrlandiya – 5.
Oxşar xəbərlər
Portuqaliya İspaniyaya, Ukrayna Şotlandiyaya qarşı - Millətlər Liqası
İspaniya uduzdu, İsrail və Yunanıstan pley-offa vəsiqə qazandı - Millətlər Liqası
İspaniya Çexiyaya qarşı - Millətlər Liqası
Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
Portuqaliya Çexiya ilə üzbəüz - 3-cü tur həyəcanı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şahdağ Qusar" "Mingəçevir"ə qarşı - I Liqa
-
Babək Quliyev UEFA-nın seminarına dəvət aldı
-
Azərbaycan və Venesuela Federasiyaları arasında memorandum imzalandı
-
Musa Qurbanlı üçün mövsüm bitdi
-
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət - Azərbaycan çempionatları














Misli Premyer Liqası