reklam
İspaniya Çexiyaya qarşı -
Sportfm.az xəbər saytı

İspaniya Çexiyaya qarşı -Millətlər Liqası


Bu gün UEFA Millətlər Liqasında 4-cü tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 9 matç baş tutacaq.

A Liqasının 2-ci qrupunda hələlik xala həsrət olan İsveçrə lider Portuqaliyanı qəbul edəcək. Qrupun digər görüşündə İspaniya Çexiyanı qəbul edəcək.

B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edəcək. Serbiya isə son pillədəki Slovaniyanın qonağı olacaq.

C Liqasındakı 2-ci və 4-cü qruplarda liderlər xal itkisi olmadan irəliləyirlər. Yunanıstan 9 xalla liderlik etdiyi qrupda ən yaxın izləyicisi Kosovonu sınağa çəkəcək. Qələbə təqdirində, Ellada təmsilçisi vaxtından əvvəl qrup qalibi olacaq. Digər matçda hərəyə 1 xalla son iki pilləni bölüşən Şimali İrlandiya və Kipr üz-üzə gələcək.

Gürcüstan isə qrupunun qalibi olmaq üçün evdə Bolqarıstanı udmalı və paralel görüşdə Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqlə oyunda xal itirməsinə ümid etməlidir.

Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu udsa, qrup lideri Estoniya ilə xallarını bərabərləşdirəcək.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
12 iyun

A Liqası, 2-ci qrup

22:45. İsveçrə – Portuqaliya
22:45. İspaniya – Çexiya

Xal durumu: Portuqaliya – 7, İspaniya – 5, Çexiya – 4, İsveçrə – 0.

B Liqası, 4-cü qrup

20:00. Norveç – İsveç
22:45. Sloveniya – Serbiya

Xal durumu: Norveç – 7, Serbiya – 6, İsveç – 3, Sloveniya – 1

C Liqası, 2-ci qrup

17:00. Şimali İrlandiya – Kipr
22:45. Yunanıstan – Kosovo

Xal durumu: Yunanıstan – 9, Kosovo – 6, Şimali İrlandiya – 1, Kipr – 1

C Liqası, 4-cü qrup

20:00. Şimali Makedoniya – Cəbəllütariq
20:00. Gürcüstan – Bolqarıstan

Xal durumu: Gürcüstan – 9, Şimali Makedoniya – 4, Bolqarıstan – 2, Cəbəllütariq – 1

D Liqası, 2-ci qrup

22:45. Malta – San Marino

Xal durumu: Estoniya – 6, Malta – 3, San Marino – 0.

Oxşar xəbərlər

Portuqaliya və İspaniyadan qələbə - Millətlər Liqası
Portuqaliya Çexiya ilə üzbəüz - 3-cü tur həyəcanı
Almaniya İngiltərə ilə üz-üzə – Millətlər Liqası
Türkiyə Rusiyanı, Belçika İngiltərəni qəbul edəcək - Millətlər Liqası
2-ci tura yekun vurulacaq - UEFA Millətlər Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər