“Qarabağ” azarkeşlərə şəhidlərlə bağlı çağırış etdi
“Qarabağ” komandasının fan qrupu olan “İmarət” “Nant”la (Fransa) Avropa Liqasının bugünkü oyunu ilə bağlı stadiona gələcək azarkeşlərə müraciət edib.
Sportfm.az xəbər verir ki, müraciətdə oyun başlanan kimi hamıdan 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad etməsi xahiş olunub.
“Matçın başlama fitindən etibarən bütün azarkeşlərdən bir dəqiqəlik sükuta riayət etmələrini xahiş edirik. Bundan sonra “Şəhidlər ölməz, vətən bölünməz” şüarını hər kəsin birlikdə səsləndirməsi üçün diqqət 5-ci sektorda olsun” – deyə fan klubun Feysbuk səhifəsinin yaydığı paylaşımda bildirilib.
Qeyd edək ki, daha öncə “Qarabağ” klubu UEFA-ya müraciət edərək “Nant”la matçda şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasına icazə verilməsini xahiş edib. Klubun mətbuat xidmətindən Qol.az-a verilən xəbərə görə, UEFA bu məsələnin futbolla əlaqəsi olmadığını bildirərək müraciətə mənfi cavab verib. Bundan sonra isə “İmarət” qrupu azarkeşlərə 1 dəqiqəlik sükut xahişi ilə çağırış edib.
Son məlumata əsasən, bu gün 30 minlik arenada tribunaların tam dolacağı gözlənilir.
“Qarabağ” – “Nant” oyunu bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 20:45-də başlanacaq.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin 71 hərbi qulluqçusu şəhid olub.
Oxşar xəbərlər
"Azərbaycan bir olsun, istəməyən kor olsun" - Çağırış
UEFA rədd cavabı versə də, “Qarabağ”ın oyununda sükut olacaq
Azərbaycan boksçusu şəhid oldu - FOTO
50 hərbçimiz şəhid olub - RƏSMİ
"Qarabağ" azarkeşlərinə müraciət etdi - "Kayrat"la oyun öncəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası