50 hərbçimiz şəhid olub -RƏSMİ
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
"Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şəhidlərimizin qanı yerdə qalmadı. Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq" - məlumatda deyilir.
Oxşar xəbərlər
Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid oldu
Beş futbolçu - beş şəhid - Onları tanıyaq
“Qarabağ” azarkeşlərə şəhidlərlə bağlı çağırış etdi
Azərbaycan birinciliyi təxirə salındı
Azərbaycan boksçusu şəhid oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası