reklam
Qadın güləşçimiz finala çıxa bilmədi -
Sportfm.az xəbər saytı

Qadın güləşçimiz finala çıxa bilmədi -Dünya çempionatı


Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportfm.az xxəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda görüşə çıxacaq.

Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Oxşar xəbərlər

Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
2 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
Güləşçimiz “bürünc” üçün mübarizə aparacaq - Dünya çempionatı
Daha iki qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Leyla Qurbanova mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər