Leyla Qurbanova mübarizəyə başlayır -Dünya çempionatı
Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən Leyla Qurbanova 1/8 final mərhələsində Yuliya Leorda (Moldova) ilə üz-üzə gələcək.
65 kq-dakı Elis Manolova 1/4 finalda Aslı Demir (Türkiyə) / Jia Lonq (Çin) cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin üç güləşçi təsəlliverici görüşə qatılacaq. Yunan-Roma güləşçilərindən 60 kq-dakı Murad Məmmədov Yustias Petraviçyus / Ahmed Mahmud (Misir) duelinin güclüsü ilə, 130 kq-dakı Sabah Şəriəti Alimxan Sidikovla (Qazaxıstan), qadın güləşçilərdən 62 kq-dakı Tatyana Omelçenko Xiaojuan Luo (Çin) ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Rafiq Hüseynov mübarizəyə başlayır - Avropa çempionatı
Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Daha iki qadın güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası