Daha iki qadın güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı
Azərbaycanın daha 2 qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Jalə Əliyeva 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək.
59 kq-dakı Alyona Kolesnik 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə görüşəcək.
Bu gün həmçinin 53 kq-dakı Leyla Qurbanova və 65 kq-dakı Elis Manolova təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Oxşar xəbərlər
Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
Bu gün 3 sərbəst güləşçimiz çıxış edəcək - Dünya çempionatı
2 güləşçimiz dünya çempionatı ilə vidalaşdı
Qadın güləşçimiz finala çıxa bilmədi - Dünya çempionatı
Leyla Qurbanova mübarizəyə başlayır - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası