Güləşçilərimiz final görüşünə çıxır - Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir. Sportfm.az xəbər verir ki, bu gün 55 kq-dakı Yunan-Roma güləşi üzrə təmsilçimiz Eldəniz Əzizli finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə qarşılaşacaq. 72 kq-dakı Ülvi Qənizadə isə qızıl medal uğrunda Serbiya güləşçisi Ali Arsalanla üz-üzə gələcək. Final görüşləri Bakı vaxtı ilə saat 20:00-dan başlayacaq. Bundan başqa, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi, 67 kq-dakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika), 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü, 97 kq-dakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinlə (Avstriya) qarşılaşacaqlar. Təsnifat görüşlərinə isə Bakı vaxtı ilə saat 12:30-da start veriləcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |