reklam
Rafiq Hüseynov mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Rafiq Hüseynov mübarizəyə başlayır -Avropa çempionatı


Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, onların ilk qarşılaşmaları 1/8 final mərhələsinə təsadüf edəcək.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Edmond Nazaryanla (Bolqarıstan) üz-üzə gələcək.

67 kq-dakı Həsrət Cəfərov Pedro De Moraisin (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kulikin (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

82 kq-da yarışan titullu pəhləvan Rafiq Hüseynov Mark Veberlə (İsveçrə), 97 kq-dakı Arif Niftullayev Artur Omarovla (Çexiya) qarşılaşacaq

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla, 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Qadınlar mübarizəyə başlayır - Avropa çempionatı
Daha üç güləşçimizin medal şansı var - Zaqreb Open
Hacı Əliyev yarımfinala yüksəldi - Dünya çempionatı
Leyla Qurbanova mübarizəyə başlayır - Dünya çempionatı
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər