Əhmədov “Kəpəz"də dəyişikliklərə söz verdi
"Gəncə şəhərində futbol ənənəsi var. Şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir".
Sportfm.az xəbər verir ki, bu sözləri "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O, bu gün keçirilən təqdimat mərasimində "Kəpəz" üçün görüləcək işlərdən danışıb: "Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın. Hər halda mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır. Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq. Bir neçə dəfə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla – Gəncə şəhər İcra Hakimiyyəti, klubun İdarə Heyəti, veteranlar, fanatlar birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur. Amma sizə söz verirəm ki, zamanla siz komandada yaxşı dəyişiklikləri görəcəksiniz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur". (Report)
Oxşar xəbərlər
Gəncə stadionuna yenidən baxdılar
"Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov oldu - EKSKLÜZİV
İcra başçısı “Kəpəz” rəhbərliyi ilə görüşdü - FOTO
"Kəpəz" "Qəbələ"yə qarşı - Yunis Hüseynovun ilk sınağı
Tərlan Əhmədov:"Komandanın oyunundan çox razı qaldım"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası