reklam
Yığmamız dünya ikincisi oldu -
Sportfm.az xəbər saytı

Yığmamız dünya ikincisi oldu -Uğur


Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil olunmuş yeniyetmə cüdoçular arasında dünya çempionatında komanda yarışları keçirilib.

Sportfm.az xəbər verir ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunub.

Qızlar arasında Aydan Vəliyeva (48 kq), Fidan Əlizadə (63 kq) və Nigar Süleymanova (63 kq) mübarizə aparıb. Oğlanların mübarizəsində isə Nizami İmranov, Şahin Oruczadə (hər ikisi -60 kq), Camal Bağışov, Əli Hacızadə (hər ikisi -81 kq) və Ramazan Əhmədov (+81) güclərini sınayıb.

Azərbaycan yığması ilk qarşılaşmasında meydan sahibi Bosniya və Herseqovina idmançıları ilə mübarizə aparıb. Bu rəqibini 4:1 hesabı ilə məğlub edən yığmamız 1/4 finalda da Kanada yığmasını 4:2 hesabı ilə yenib. Yarımfinalda Ukranya millisini 4:3 hesabı ilə məğlub edən cüdoçularımız finala çıxıblar. Fransa ilə həlledici görüşdə komandamız 5 cüdoçu ilə mübarizə aparmaq məcburiyyətində qalıb. Buna Fidan Əlizadənin yarımfinal görüşündə zədələnməsi səbəb olub. Qarşılaşma isə 3:3 hesabı ilə başa çatdığından, qalib püşkatma yolu ilə müəyyənləşib. Yekunda Fransa yığması qalib elan olunduğundan millimiz gümüş medalla kifayətlənib.

Oxşar xəbərlər

Azərbaycanın cüdo millisi finalda - Dünya çempionatı
Cüdoçularımız dünya çempionatını 3 medalla başa vurdular
Avropada ən güclüyük - Cüdo üzrə
İki cüdoçumuzdan böyük uğur
Yığmamız finala vəsiqə əldə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər