reklam
Azərbaycanın cüdo millisi finalda -
Sportfm.az xəbər saytı

Azərbaycanın cüdo millisi finalda -Dünya çempionatı


Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan milli komandası finala yüksəlib.

Sportfm.az xəbər verir ki, ilk qarşılaşmada rəqib meydan sahibləri olub. 4:1 hesablı qələbə qazanan Azərbaycan millisi 1/4 finalda Kanadanı da üstələməyi bacarıb - 4:2.

Ukrayna ilə yarımfinal görüşündə əsas hissə 3:3 hesablı heç-heçə ilə nəticələnib. Ona görə də qarşılaşmanın taleyi qızıl xal bölümündə həll olunub. Bu zaman komanda adından tatamiyə çıxan Nizami İmranov (60 kq) rəqibini ipponla məğlub edərək, Azərbaycan millisini finala daşıyıb.

Qeyd edək ki, komanda yarışında Azərbaycan 8 idmançı ilə təmsil olunur.

Oxşar xəbərlər

Azərbaycan millisi 1/4 finala çıxdı
Turan Bayramov bu gün tatamiyə çıxacaq - Avropa çempionatı
Yığmamız dünya ikincisi oldu - Uğur
Kişi cüdo millimiz finala çıxdı - İslamiada
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər