Cüdoçularımız dünya çempionatını 3 medalla başa vurdular
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 2 idmançısı mübarizəyə qoşulub. Ramazan Əhmədov (90+ kq) ilk görüşündə Con Messe Bessonqa (Kanada) uduzub. Qadınların yarışında Nigar Süleymanova (70+ kq) Sevinc Turakulovanı (Özbəkistan) və Morqan De Paolini (İtaliya) mübarizədən kənarlaşdırsa da, Selia Kankanın (Fransa) müqavimətini qıra bilməyib. Təsəlliverici görüşdə Yovana Styepanoviçə (Serbiya) məğlub olan Süleymanova medalsız qalıb.
Beləliklə, Azərbaycan cüdoçuları dünya çempionatını üç medalla başa vurublar. Daha əvvəl Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc medala yiyələnib.
Oxşar xəbərlər
Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu
Yığmamız dünya ikincisi oldu - Uğur
Cüdoçumuz dünya üçüncüsü oldu - UĞUR
İki cüdoçumuzdan böyük uğur
Cüdoçularımız Qran-Prini medalsız başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası