Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız Qran-Prini medalsız başa vurdu
Azərbaycan cüdoçuları İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pri turnirini medalsız başa vurub.
Sportfm.az xəbər verir ki, yarışın üçüncü günündə Rüfət İsmayılov (90 kq), Aslan Mirzəyev (100) və Şahin Qəhrəmanov (100+) mübarizəyə qoşulub. İsmayılov və Qəhrəmanov ilk görüşdə məğlub olublar. Aslan Mirzəyev isə belaruslu Mikita Svirydə qalib gəlsə də, kanadalı Kyle Reyesin müqavimətini qıra bilməyib.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 9, ikinci gündə isə 2 təmsilçisi yarışı medalsız bitirib.
Oxşar xəbərlər
Cüdoçularımız bu günü medalsız başa vurdu - Qran-pri
Cüdoçularımız çıxışların başa vurdu - Böyük Dəbilqə
Cüdoçularımız ikinci günü medalsız başa vurdu - Böyük Dəbilqə
Daha 3 cüdoçumuz medallar uğrunda yarışacaq
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası