reklam
Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu
Sportfm.az xəbər saytı

Daha üç cüdoçumuz dünya çempionatını medalsız başa vurdu


Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub.

Sportfm.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Daikli Boubanı (Fransa) məğlub etsə də, Elios Manziyə (İtaliya) uduzub.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fioranı (Argentina) mübarizədən kənarlaşdırsa da, Amandine Buçarda (Fransa) yenilib. Eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminoviqdən (Kosova) güclü olsa da, Odette Giuffrıde (İtaliya) ilə bacarmayıb.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.

Oxşar xəbərlər

Cüdoçularımızdan uğursuz çıxış
Daha 2 cüdoçumuz medalsız qaldı - Dünya çempionatı
Hidayət Heydərov mübarizəyə qoşulacaq - Dünya çempionatı
Cüdoçlarımız mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçularımız dünya çempionatını medalsız başa vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər