reklam
Yığmamız 15 idmançı ilə təmsil olunacaq
Sportfm.az xəbər saytı

Yığmamız 15 idmançı ilə təmsil olunacaq


Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 6 gün davam edəcək yarışda yığma 15 idmançı ilə təmsil olunacaq.

809 taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda döyüşəcək.

Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.

 

Oxşar xəbərlər

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti
Azərbaycan millisinin Zaqreb sınağı - SİYAHI
Taekvondoçularla görüş baş tutdu - FOTO
Avropa çempionatının ilk günündə 3 medal qazandıq - FOTO
Millimiz Türkiyəyə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər