Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan"dan "Sumqayıt"a 250 oyun!
"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib.
Sportfm.az xəbər verir ki, Tovuz futbol məktəbinin yetirməsi olan müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi "Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.
Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan "Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi "Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.
Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.
|
2005/06 |
Turan (Tovuz) |
7 |
0 |
|
2006/07 |
Turan (Tovuz) |
6 |
0 |
|
2007/08 |
Turan (Tovuz) |
25 |
1 |
|
2008/09 |
Turan (Tovuz) |
13 |
0 |
|
2008/09 |
Qəbələ |
10 |
0 |
|
2009/10 |
Qəbələ |
27 |
3 |
|
2010/11 |
Turan (Tovuz) |
31 |
2 |
|
2011/12 |
Qəbələ |
21 |
1 |
|
2012/13 |
Qəbələ |
7 |
0 |
|
2013/14 |
Sumqayıt |
22 |
0 |
|
2014/15 |
Sumqayıt |
29 |
0 |
|
2015/16 |
Sumqayıt |
33 |
0 |
|
2016/17 |
Sumqayıt |
19 |
0 |
|
Cəmi |
250 |
7 |
Oxşar xəbərlər
“Sumqayıt” “Turan Tovuz”la bərabərə qaldı - Misli Premyer Liqası
"Turan" öz yubileyində məğlub olubmuş!
Kapitan üçün 250-ci matç
"Zirə"nin futbolçusu mövsümdə 7-ci oldu
"Sumqayıt"ın kapitanı Slavik Alxasovdan nədə geri qalır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası