Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"ın kapitanı Slavik Alxasovdan nədə geri qalır?
"Sumqayıt”ın kapitanı Vurğun Hüseynov komandasının heyətində 100-cü çempionat matçını keçirib.
Sportfm.az xəbər verir ki, müdafiəçinin yubileyi Topaz Premyer Liqasının XVI turunun "İnter”lə qarşılaşmasına təsadüf edib. 2:2 hesabı ilə nəticələnən görüş "3 nömrə”nin klubunda 100-cü matçı olub. Müdafiəçi bu 100 qarşılaşmada qol hesabını aça bilməyib.
2013/14 mövsümündən "Sumqayıt”da çıxış edən Hüseynov həmin çempionatda 22, növbəti yarışda 29 dəfə komandasının formasını geyinib. 2015/16 mövsümündə isə 33 görüşə çıxan futbolçu cari birincilikdə 16 dəfə meydanda olub. Hüseynov klubun tarixində çempionatda 100 və daha çox oyun keçirən 3-cü futbolçudur. O, yalnız Slavik Alxasov (126) və Bəxtiyar Həsənəlizadədən (105) geri qalır.
Xatırladaq ki, Vurğunun Sumqayıtın eyniadlı klubunda debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, "Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.
Oxşar xəbərlər
“Səbail”in müdafiəçisi 200-cü oyununu keçirdi
Kapitan üçün 250-ci matç
Emin Mahmudov üçün yubiley matç
Kapitan "Sumqayıt"da qaldı
"Turan"dan "Sumqayıt"a 250 oyun!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
18 matçın nəticələri - Konfrans Liqası
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR
-
Arda Gülerlə yeni müqavilə imzalandı















Misli Premyer Liqası