"Zirə"nin futbolçusu mövsümdə 7-ci oldu
Topaz Premyer Liqasının XXII turunun “Qəbələ” ilə qarşılaşması (1:1) “Zirə”nin futbolçusu Anar Nəzirov üçün əlamətdar olub. Paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. 2005/06 mövsümündə “Gəncə”nin (indiki “Kəpəz”) heyətində debüt matçına çıxan qapıçı bu matçlarda 266 qol buraxıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionatları tarixinə 200 və daha çox oyun keçirmiş 10-cu qapıçı kimi düşən Nəzirov 7 klubun şərəfini qoruyub. 33 yaşlı qolkiper “Turan”da 69, “Zirə”də 62, “Qəbələ”də 25, “Standard”da 19, “Sumqayıt”da 17, “Neftçi”də 6, indiki “Kəpəz”də 2 matç keçirib.
Qeyd edək ki, Anar cari mövsümdə 200-cü oyununu keçirən 7-ci futbolçudur. Ona qədər Novruz Məmmədov, Şəhriyar Rəhimov, Tural Cəlilov (hamısı “Kəpəz”), Ruslan Abışov (“Neftçi”), Ansi Aqolli, Əfran İsmayılov (hər ikisi “Qarabağ”) buna nail olub.
|
mövsüm |
klub |
oyun |
qol |
|
2005/06 |
Gəncə |
2 |
-5 |
|
2006/07 |
Turan (Tovuz) |
10 |
-20 |
|
2006/07 |
Neftçi (Bakı) |
3 |
-1 |
|
2007/08 |
Turan (Tovuz) |
26 |
-49 |
|
2008/09 |
Neftçi (Bakı) |
3 |
-4 |
|
2008/09 |
Turan (Tovuz) |
7 |
-8 |
|
2009/10 |
Standard (Sumqayıt) |
19 |
-30 |
|
2010/11 |
Qəbələ |
5 |
-1 |
|
2011/12 |
Turan (Tovuz) |
26 |
-30 |
|
2012/13 |
Qəbələ |
16 |
-21 |
|
2013/14 |
Sumqayıt |
17 |
-28 |
|
2013/14 |
Qəbələ |
1 |
-4 |
|
2014/15 |
Qəbələ |
3 |
-8 |
|
2015/16 |
Zirə (Bakı) |
30 |
-28 |
|
2016/17 |
Zirə (Bakı) |
22 |
-22 |
|
2017/18 |
Zirə (Bakı) |
10 |
-7 |
|
|
Cəmi |
200 |
-266 |
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
“Neftçi”dən rekord, “Sumqayıt”dan bir ilk - Premyer Liqa
Topaz Premyer Liqasında II dövrəyə start veriləcək
Topaz Premyer Liqası: V tur rəqəmlərin gözü ilə
"Neftçi" ilə başlayan "Kəpəz": Mövsümün son turu rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası