reklam
Sportfm.az xəbər saytı

"O, Azərbaycandakı qazancını gizlədə bilməz" -Anamaria Prodan


“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Azərbaycan klubundakı qazancı bəlli olub.

Sportfm.az xəbər verir ki, rumıniyalı mütəxəssisin keçmiş həyat yoldaşı Anamaria Prodan “Fanatik”ə açıqlamasında ərinin mətbuatda yazıldığı kimi aylıq 40 min avro almadığını bildirib:

“Bir az dəhşətlidir, elə deyilmi? Regekampfın maaşı 22 min dollardır. Çox pulla yaşayırsan və yaxşı dolanırsan. Oğlumuz Bebetoya görə aliment ödəməlidir. O, Azərbaycandakı qazancını gizlədə bilməz. Bu, müqavilədir”.

Xatırladaq ki, Prodan ilə Regekampf boşanmağa hazırlaşır. Tərəflər arasında məhkəmə prosesi davam edir. Anamaria mütəxəssisdən aliment tələb edir.

Oxşar xəbərlər

“Neftçi” rəsmisindən açıqlama - “Yazılanlar həqiqəti əks etdirmir”
Regekampf "Neftçi"ni daha az maaş alacağı kluba görə tərk edir?
Məhkəmə "Neftçi"nin baş məşqçisi barədə qərarı verdi
“Neftçi”nin baş məşqçisi özünü biabır etdi - FOTOLAR
Regekampfın şikayəti təmin olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər