reklam
“Neftçi” rəsmisindən açıqlama -
Sportfm.az xəbər saytı

“Neftçi” rəsmisindən açıqlama -“Yazılanlar həqiqəti əks etdirmir”


Xarici KİV-də “Neftçi”nin rumıniyalı baş məşqçisi Laurentsiu Regekampfın komandadan ayrılacağına dair xəbərlər yer alıb.

Sportfm.az xəbər verir ki, “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev açıqlamasında, Regekampfın klubdan mümkün gedişi ilə bağlı məlumatlara aydınlıq gətirib:

“Bu məsələ ilə bağlı sonuncu mətbuat konfransında baş məşqçi açıqlama verdi. Bildirdi ki, “Neftçi” ilə müqaviləm var və bütün fikrim komanda ilə bağlıdır.

Hazırda hansısa klubla danışıqlar aparılmayıb. Yazılanlar həqiqəti əks etdirmir”.

Regekampfın Rumıniyanın “Universitatya Krayova” klubu ilə prinsipial razılıq əldə etdiyi məlumatı yayılıb. (Komanda.az)

Oxşar xəbərlər

Rumıniya klubu Emin Mahmudovu istəyir - Transfer
"Neftçi"nin baş məşqçisi Rumıniya klubuna gedir - Razılıq əldə edilib
Regekampfın şikayəti təmin olundu
"O, Azərbaycandakı qazancını gizlədə bilməz" - Anamaria Prodan
"Neftçi"də rumıniyalı məşqçi - 2 illik müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər