Regekampf "Neftçi"ni daha az maaş alacağı kluba görə tərk edir?
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf yenidən "Styaua" klubunun baş məşqçi postuna gətirilir.
Sportfm.az Rumıniya mətbuatıan istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu posta əsas namizəd hesab olunur.
İddiaya görə, Buxarest klubu bu keçid üçün Azərbaycan təmsilçisinə 350 000 avro təzminat ödəməlidir. Çünki Regenin "ağ-qaralar"la müqaviləsində belə bir bənd var. Amma yerli mətbuat hesab edir ki, tərəflər məbləğlə bağlı ortaq məxrəcə gələ bilərlər.
"Styaua"nın prezidenti Cici Bekalini narahat edən digər məqam isə təcrübəli mütəxəssisin "Neftçi"dəki maaşıdı. Belə ki, paytaxt təmsilçisində ayda 40 000 avro məvacib aldığı iddia olunan Regekampfın Rumıniya klubundan ən azı 20 000 avro tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi olan baş məşqçisi 2012-14 və 2015-17-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub,, avrokuboklarda Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Neftçi"nin baş məşqçisi Rumıniya klubuna gedir - Razılıq əldə edilib
“Neftçi”nin baş məşqçisindən çıxan xəbərlərə reaksiya - “Neftçi” ilə müqaviləm var"
Regekampfın şikayəti təmin olundu
"O, Azərbaycandakı qazancını gizlədə bilməz" - Anamaria Prodan
"Neftçi"də rumıniyalı məşqçi - 2 illik müqavilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası