Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vernidubun "faşist-nasist" tatuajı gündəm oldu -FOTO
Ukraynanın "Krivbas" klubunun baş məşqçisi Yuri Vernidub yeni iş yerinə yeni tatuajla gəlib.
Sportfm.az xəbər verir ki, o, qoluna Ukraynanın gerbini döydürüb.
Vernidub bu barədə "ProFutbol"a açıqlamasında deyib: “56 il yaşadım, nə həyat yoldaşıma, nə də övladlarıma tatuaj etdirməyə icazə vermədim. Mən Ukrayna ordusuna qoşulandan sonra vətənpərvərlik fonunda buna ehtiyac hiss etdim.
Kimin döyməsi varsa, ruslar onu “nasist-faşist” adlandırır. Onların acığına “nasist və faşist” olmaq istəyirdim".
Qeyd edək ki, Vernidub "Neftçi"nin baş məşqçisi vəsifəsinə namizəd olsa da, vətənində qalmağı üstün tutub. O, Rusiyanın Ukraynaya hücum etməsindən sonra ordu sıralarına qoşulmuşdu.

Oxşar xəbərlər
Azarkeşlər faşist banneri açdı - FOTO
"Qəbələ"dən ayrılıb "Zarya"ya getdi
"Qəbələ"nin futbolçusu Ukraynada
Futbol klubuna nasist işarəsinə görə cəza kəsildi
Ukrayna millisi boş tribunalar önündə oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
XI turun oyun cədvəli - II Liqa















Misli Premyer Liqası