reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin futbolçusu Ukraynada


"Qəbələ"dən ayrılan futbolçu Vitali Vernidub Ukraynanın "Zarya" komandasının təlim-məşq toplanışına qatılıb.

Sportfm.az xəbər verir ki, 31 yaşlı müdafiəçi iyunun 18-dən başlanan hazırlıq prosesində iştirak edir.

Onun əsas komandada qalıb-qalmayacağı hələlik bilinmir. İyunun 30-dək Zaporojye şəhərində hazırlıq keçəcək "Zarya" ertəsi gün Sloveniyaya yollanacaq. V.Vernidub klubda qalsa, "Qəbələ" ilə Adriatik dənizi sahillərində görüşə biləcək.

Qeyd edək ki, "Zarya"nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdur. "Qəbələ" ukraynalı legioneri ilə başa çatan müqaviləni uzatmayıb. 

Oxşar xəbərlər

"Neftçi"də Samir Abasov dönəmi bitdi - 2 yeni namizəd
"Qəbələ"nin hazırlıq planı məlum oldu
"Qəbələ"dən ayrılıb "Zarya"ya getdi
Sənan Qurbanov işə başladı - Bəhlul Mustafazadə "yuvaya döndü"
"Qəbələ"nin zədəlisi qayıtdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər