reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" Almaniya klubu ilə bərabərə qaldı -Yoxlama oyunu


Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün iki yoxlama matçı keçirir.

Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gəlib. Oyunun ilk hissəsində Ağdam təmsilçisi Ramil Şeydayevin qolları ilə hesabda öndə olub. Fasilədən sonra rəqib iki qol vuraraq hesabı bərabərləşdirib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.  

"Qarabağ"ın bu gün ikinci rəqibi isə Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” olacaq. "Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu, "Qarabağ"ın Avstriya toplanışında sonuncu matçı olacaq.

Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.

29 iyun

Yoxlama oyunları

14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya) - 2:2 

Qollar: Ramil Şeydayev, 29 (1:0), 44-pen.(2:0), **, 56-cı dəq. (2:1), ***, 76-pen.

"Qarabağ"ın start heyəti: Luka Quqeşvili, Rahil Məmmədov, Marko Yankoviç, Ovusu Kvabena, Leandro Andrade, İsmayıl İbrahimli, Toral Bayramov, Musa Qurbanlı, Abbas Hüseynov, Bədavi Hüseynov, Ramil Şeydayev

20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya)

Oxşar xəbərlər

"Qarabağ" Avstriyada iki oyuna çıxır - Yoxlama görüşü
“Qarabağ”ın yeni mövsümdə ilk oyunu - Yoxlama oyunu
"Visla" Azərbaycan çempionundan güclü oldu
"Qarabağ" Rusiya komandası ilə üz-üzə
"Qarabağ"ın ilk sınağı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər