"Qarabağ" Avstriyada iki oyuna çıxır -Yoxlama görüşü
Çempionlar Liqasına Avstriyada hazırlaşan "Qarabağ" bu gün iki yoxlama matçı keçirəcək.
Sportfm.az xəbər verir ki, Qurban Qurbanovun komandası günün ilk oyununda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Holştayn Kiel"lə üz-üzə gələcək. "St. Ulrix" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
İkinci rəqib isə Rumıniyanın yüksək liqa təmsilçisi “Universitatya Krayova” olacaq. "Yenbax" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu, "Qarabağ"ın Avstriya toplanışında sonuncu matçı olacaq.
Qeyd edək ki, Ağdam klubu ilk yoxlama oyununda "Botoşani"ni (Rumıniya) 4 cavabsız qolla məğlub edib.
29 iyun
Yoxlama oyunları
14:00. "Qarabağ" - "Holştayn Kiel" (Almaniya)
"St. Ulrix" stadionu
20:30. "Qarabağ" - “Universitatya Krayova” (Rumıniya)
"Yenbax" stadionu
Oxşar xəbərlər
"Qarabağ" Almaniya klubu ilə bərabərə qaldı - Yoxlama oyunu
“Qarabağ”ın yeni mövsümdə ilk oyunu - Yoxlama oyunu
"Qarabağ"ın Avstriyadakı rəqibləri müəyyən oldu
"Qarabağ" Rusiya komandası ilə üz-üzə
"Qarabağ"ın ilk sınağı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası