"Visla" Azərbaycan çempionundan güclü oldu
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi ilk olaraq Çexiyanın "Siqma" klubu ilə qarşılaşıb. Ağdam klubu görüşdə 1:3 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Musa Qurbanlı vurub.
"Qarabağ" ikinci oyununda Polşa təmsilçisi “Visla” (Plok) ilə üz-üzə gəlib və 2:3 hesabı ilə uduzub.
“Qarabağ” daha öncə Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesabıyla bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub edib -1:0.
12:30 "Qarabağ" – "Siqma" (Çexiya) - 1:3
Qol: Musa Qurbanlı, 59
"Qarabağ": 13. Vaqner Silva, 7. Araz Abdullayev, 21. Hacıağa Hacılı, 19. Filip Ozobiç, 23. Faysal Rerras, 24. Nihad Tamazov, 29. Musa Qurbanlı, 30 Abbas Hüseynov, 66. Cavid Bayramov, 71. Toral Bayramov, 99. Maqaye Qeye
18:30 "Qarabağ" – "Visla" (Plok, Polşa) 2:3
Qollar: Mahir Emreli, 18 (pen.), Xayme Romero, 52
"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.
Oxşar xəbərlər
Mahir Emreli qol vurdu, qazaxlar uduzdu - VİDEO
"Qarabağ" "Jetısu" ilə üz-üzə
"Qarabağ" Rumıniya klubu ilə sülh bağladı
"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi - SİYAHI
"Qarabağ" yeni transferləri sifariş etdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası