"Azərbaycan futboluna baxmıram, çünki 50 il geri qalıblar” -Akif İslamzadə
“Ümumiyyətlə, mən Azərbaycan televiziyalarına baxmıram. Özüm futbol azarkeşi olduğuma görə idmanla bağlı verilişlərə baxıram. Azərbaycan futboluna da baxmıram, çünki bu Sovet futboludur və onlar əlli il geri qalıblar”.
Sportfm.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında müğənni Akif İslamzadə deyib. A.İslamzadə heç Rusiya futbol komandalarının oyunlarına da baxmadığını bildirib:
“Heç Rusiya futboluna da baxmıram. Bu da elə Sovet məktəbidir, yəni baxmağın mənası yoxdur. Azarkeşi olduğum futbol alman, ispan, ingilis futboludur. Onlar təkcə qaçmırlar, həm də beyinləriylə düşünürlər. Televiziyalarımızda aləmi qatıblar bir-birinə. Məqsədli şəkildə insanları cahilliyə, savadsızlığa sürükləyirlər. İndi elə yerdəyəm ki, çox danışa bilmirəm. Bir dəfə bu mövzu ətrafında geniş danışarıq”.
Oxşar xəbərlər
“Misli” Azərbaycan futboluna dəstəyini davam etdirir
Azərbaycan futboluna ağır itki
Rusiya yığmasının iştirakına icazə verildi - Qətərdə
Qurban Qurbanov:"Onların yaşına baxmıram"
PFL prezidenti Messi ilə Ronaldonu müqayisə etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası