reklam
Millimizlə oyuna 2 mütəxəssislə çıxacaqlar -
Sportfm.az xəbər saytı

Millimizlə oyuna 2 mütəxəssislə çıxacaqlar -Millətlər Liqası


Slovakiya millisi Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycanla oyuna 2 mütəxəssisin rəhbərliyi ilə çıxacaq.

Sportfm.az xəbər verir ki, bu barədə Slovakiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Komandaya qarşıdakı iki görüşdə Qazaxıstanla matçdan sonra (0:1) istefaya göndərilən Ştefan Tarkoviçin əvəzinə Samuel Slovak və Marek Mintal rəhbərlik edəcək. Yığmanın yeni baş məşqçisinin adına isə yay aylarında aydınlıq gələcək.

Qeyd edək ki, Slovakiya millisi iyunun 10-da Azərbaycanın, 3 gün sonra Qazaxıstanın qonağı olacaq. 

 

Oxşar xəbərlər

Azərbaycan millisi Slovakiyaya qarşı - Millətlər Liqası
Slovakiya Bakıda çətinliklə üzləşə bilər
Belarus millisi Azərbaycanla oyuna itkilərlə çıxacaq - Millətlər Liqası
Millinin baş məşqçisi istefaya göndərildi - Uğursuz nəticələrə görə
Slovakiya yığmasının baş məşqçisi istefa verdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər