reklam
Belarus millisi Azərbaycanla oyuna itkilərlə çıxacaq -
Sportfm.az xəbər saytı

Belarus millisi Azərbaycanla oyuna itkilərlə çıxacaq -Millətlər Liqası


Belarus yığması UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq.

Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Georgi Kondratyev açıqlama verib.

62 yaşlı mütəxəssis bildirib ki, ötən ilki heyətdən 11 futbolçu qarşıdakı görüşləri buraxacaq: "Heç vaxt tam heyəti yığmaq mümkün olmur. Çoxlarında millinin düşərgəsinə gəlmək alınmadı. Bəzilərinə zədə, bəzilərinə ailə məsələləri mane oldu. Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi".

Belarus seçməsi ilk matçını iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiyaya qarşı keçirəcək. 3 gün sonra həmin arenada Azərbaycan millisini qəbul edəcək kollektiv iyunun 10-da Qazaxıstanla qarşılaşacaq. Komanda iyunun 13-də isə Bakıda yenidən Canni De Byazinin baş məşqçi olduğu yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Oxşar xəbərlər

Millimizin Qazaxıstanla oyun üçün proqramı - Millətlər Liqası
Milimiz "yarımcan" Belarusa qarşı - İtkilər
Yığmanın futbolçusu Millətlər Liqasından imtina etdi
Azərbaycanla oyun üçün heyətlər açıqlandı - Millətlər Liqası
Belarus – Azərbaycan oyununun yeri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər