reklam
Millinin baş məşqçisi istefaya göndərildi -
Sportfm.az xəbər saytı

Millinin baş məşqçisi istefaya göndərildi -Uğursuz nəticələrə görə


Futbol üzrə Slovakiya millisinin baş məşqçisi Pavel Hapal istefaya göndərilib.

Sportfm.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının (SFZ) rəsmi saytı məlumat yayıb.

51 yaşlı mütəxəssis UEFA Millətlər Liqasındakı uğursuz nəticələrə görə istefaya göndərilib. SFZ rəhbərliyi komandanın Şotlandiyaya 0:1, İsrailə 2:3 hesabı ilə uduzduqları görüşü qeyri-kafi hesab edib.

SFZ millinin yeni baş məşqçisinin adının çərşənbə axşamı açıqlanacağını bildirib.

Qeyd edək ki, Slovakiya yığması AÇ-2020-nin pley-off mərhələsinin finalında Şimali İrlandiya ilə üz-üzə gələcək. 

Oxşar xəbərlər

Millinin baş məşqçisi istefaya göndərildi
Məşhur baş məşqçi istefaya göndərildi - Ayrılıq
Millimizlə oyuna 2 mütəxəssislə çıxacaqlar - Millətlər Liqası
Yığmanın baş məşqçisi istefaya göndərildi - Müqaviləyə xitam verildi
Seşmə mərhələdəki uğursuzluğa görə istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər