reklam
Slovakiya yığmasının baş məşqçisi istefa verdi
Sportfm.az xəbər saytı

Slovakiya yığmasının baş məşqçisi istefa verdi


Yan Kozak futbol üzrə Slovakiya milli komandasının baş məşqçi postundan istefa verib.

Sportfm.az xəbər verir ki, Slovakiya Futbol İttifaqı 64 yaşlı mütəxəssisin ərizəsini qəbul edib. Qərara UEFA Millətlər Liqasında iki oyundan sonra yığmanın xal üzünə həsrət qalması səbəb olub. Son matçında Slovakiya Çexiyaya uduzub - 1:2.

Slovakiya millisini oktyabrın 16-da İsveçlə nəzərdə tutulan yoldaşlıq görüşünə köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Noyabrın 16-da Ukrayna ilə keçirəcəyi Millətlər Liqası qarşılaşmasınadək isə komandaya yeni baş məşqçi rəhbərlik edəcək.

Qeyd edək ki, Yan Kozak Slovakiya yığmasına 2013-cü ilin yayından rəhbərlik edib. Onun millidə ən böyük nailiyyəti 2016-cı il Avropa çempionatının 1/8 finalına vəsiqə olub. 

Oxşar xəbərlər

Millidə yeni baş məşqçi - TƏYİNAT
Azərbaycan millisi Slovakiyaya qarşı - Millətlər Liqası
Millimizlə oyuna 2 mütəxəssislə çıxacaqlar - Millətlər Liqası
Azərbaycanla oyun üçün heyətlər açıqlandı - Millətlər Liqası
Yığmanın baş məşqçisi postunu niyə tərk etdiyini açıqladı - Futbolçulara görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər